Yazını böyüt
Yazını kiçilt
İstanbulun Beylikdüzü rayonunun Mərmərə məhəlləsində yerləşən mənzillərin birində dəhşətli hadisə yaşanıb.
Hafta.az-ın DHA-ya istinadən yazdığına görə, mənzillərdən birində yaşayan əcnəbi qadın 3 yaşlı oğlan övladının başını kəsib. Hadisədən xəbər tutan evin digər sakinləri polisə və təcili yardıma xəbər veriblər. Amma təcili tibbi yardım hadisə yerinə gələndə uşaq artıq çoxdan həlak olubmuş.
Məlumatda deyilir ki, oğlunu öldürən qadın polis tərəfindən qandallanaraq təcridxanaya aparılıb. Prokurorluq işçiləri hadisə yerində araşdırma apardıqdan sonra uşağın cənazəsi morqa göndərilib.